Haqqımızda

Haqqımızda

ERTOK XIRDAVAT şirkəti 2014-cü ildən fəaliyyət göstərir. Şirkət əsasən inşaat sahəsində işlədilən hər növ avadanlıq və məhsullar üzrə ixtisaslaşmışdır. Geniş müştəri çevrəsinə malik olan şirkət, inşaat və təmir sahəsində bir çox dövlət qurumları və özəl şirkətlərlə əməkdaşlıq edir. Hər zaman müştəri məmnuniyyətini üstün tutan şirkət satdığı məhsulların keyfiyyətinə zəmanət verir.

Bugün bir sıra tanınmış müəssisələrlə yaxından əməkdaşlıq edən şirkətin nümayəndələri də öz növbəsində müştəri ilə yüksək səviyyədə çalışma qabiliyyəti nümayiş etdirirlər.

Qarşılıqlı əməkdaşlıqdan məmnun qalan müştərilər artıq hər hansı bir inşaat materialını digər məkanda aramır. Bol çeşidlərlə zəngin olan mağaza müştərinin hər bir istəyini vaxtında və yüksək tələblər səviyyəsində yerinə yetirir.

Mağazada bir sıra tanınmış firmalara məxsus məhsullar öz çeşid müxtəlifliyi ilə seçilir. Xarici markalı məhsullarala yanaşı mağazamızda yerli istehsal və bir sıra Asiya ölkələrindən gətirilmiş mallarla da tanış ola bilərsiniz.

Hər zaman sizləri mağazamızda görməkdən məmnun olardıq.


ertok xirdavat

whatsapp-icon

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.